"Bunlar spartalı deyil, bunlar azərbaycanlıdır!" - Nazim Sadıxov

29.03.2026 14:24 15
İdman
UFC döyüşçüsü Nazim Sadıxov Tofiq Musayevin Sietl turnirində qazandığı möhtəşəm qələbəyə münasibət bildirib.

"Football-plus.az" xəbər verir ki, Sadıxov sosial şəbəkə hesabında həmyerlisini təbrik edərək, Musayevin nümayiş etdirdiyi xarakter və dözümlülüyü xüsusi vurğulayıb.

O, paylaşımında bu maraqlı ifadələri işlədib:

“Bunlar spartalı deyil, bunlar azərbaycanlıdır!”

Xatırladaq ki, Tofiq Musayev çilili İqnasio Bahamondes üzərində hakimlərin yekdil qərarı ilə qalib gələrək UFC karyerasında ilk zəfərini rəsmiləşdirib.