Tofiq Musayevin rəqibi müəyyənləşdi

15.02.2026 15:00 8
İdman
“Qəbələ” İdman Klubunun döyüşçüsü Tofiq Musayev UFC-nin Las-Veqas turnirində iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, idmançımız ABŞ-da braziliyalı Samuel Sançeslə üz-üzə gələcək. Döyüş aprelin 4-də baş tutacaq. Qarşılaşma “UFC Apex” arenasında təşkil olunacaq.

Xatırladaq ki, Musayev UFC-də iyunun 21-də Bakıda debüt edib və məğlub olub.