Ölkəmizin UFC-dəki təmsilçisi Tofiq Musayev bu gecə turnirdə döyüşə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, o, İqnasio Bahamondeslə (Çili) qarşılaşacaq. Duel ABŞ-nin Sietl şəhərində təşkil olunacaq.
Bu rəqib Azərbaycan döyüşçüləri üçün tanışdı. Belə ki, İqnasio Bahamondes sonuncu dəfə Bakıda Azərbaycan təmsilçisi Rafael Fiziyevə məğlub olub.
İqnasio ilə qarşılaşma Tofiq Musayevin UFC karyerasındakı ikinci döyüşü olacaq. O daha əvvəl Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub (22 iyun, 2025-ci il).