"Ən böyük problemimiz standart vəziyyətlərdi" - Rəşad Eyyubov

27.03.2026 19:21 36
Ölkə futbolu / Manşet
Avropa Çempionatının seçmə mərhələsinin növbəti oyununda U-21 millimiz portuqaliyalı həmyaşıdlarından 4 cavabsız top buraxdı.

Oyundan sonra yığmanın baş məşqçisi Rəşad Eyyubov “Football-plus.az”a müsahibə verib.

- Birinci hissədə oyuna köklənmə yüksək səviyyədə idi. İkinci hissədə təəssüf ki, bunu itirdik. Komanda bir az rahatlaşdı. Bizim ən böyük problemimiz standart vəziyyətlərdi. Belədə 3 qol buraxdıq. Birinci hissəyə görə oyunçulara təşəkkür edirəm. İlk yarıdan razı qaldım.

- Portuqaliyadakı oyunda daha yaxşı oynamışdıq, yoxsa indi?
- Uduzmuşuqsa, pis oynamışıq.

- İlk oyunda 5, indi 4 qol buraxdız. Deməli inkişaf var?
- Neqativ inkişaf olmur.

- Niyə ikinci hissədə bu qədər qollar buraxdıq?
- İnteslivliklə bağlıdı. Bu tempə uyğunlaşmaq çətindi. Rəqib bu baxımdan bizdən üstün oldu.

- Futbolçulardan daha artığını gözləyirdiz?
- Bəli, əlbəttə.

- Hava şəraiti oyununuza təsir etdi?
- Deməzdim.

- Növbəti oyun haqda fikirləriniz?
- Analiz edəcəyik, sabahdan məşqlərə başlayacağıq. Nəticə haqda nə isə demək düzgün olmaz.

MÜZƏFFƏR QULUZADƏ