Xviça Kvaratsxeliya milli komandada yeni status qazanıb.
"Football-plus.az" xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi Gürcüstan yığmsının yeni kapitanı təyin edilib. Xviça ilk dəfə milli komandanın İsrail ilə keçirəcəyi oyununda kapitanlıq sarğısını daşıyacaq. Gürcüstan beynəlxalq fasilə zamanı 2 oyuna çıxacaq. Komanda Litva ilə də qarşılaşacaq.
Kvaratsxeliya milli komandada 47 oyuna çıxıb. 25 yaşlı cinah yarımmüdafiəçisi 20 qol vurub və 10 məhsuldar ötürmə edib.
Yığmanın yeni kapitanı oldu
Dünya futbolu






