Millimiz Şimali Makedoniyaya qalib gəldi - YENİLƏNİB

3.03.2026 16:56 13
Ölkə futbolu
Qadın futbolçulardan ibarət millimiz bu gün DÇ-nin seçmə qrup mərhələsində ilk matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının 3-cü qrupunda keçirilən oyunda Şimali Makedoniya yığmasını məğlub edib - 2:0.

Azərbaycan - Şimali Makedoniya 2:0
Sevinc Cəfərzadə, 28; 78.
Hakimlər: ANNA ADAMSKA, Yulia Bukaroviç, Angelika Novak, Mixalina Diakov (hamısı Polşa).
3 mart. Bakı, “Dalğa Arena”. Saat 15.00.

Yığmamızın qrupda növbəti sınağı martın 7-də Felksutda Macarıstana qarşı olacaq.