Nəriman Axundzadə “Qarabağ”dan gedir, amma hara…

9.02.2026 09:52 101
Ölkə futbolu / Manşet
“Qarabağ”ın vunderkindi Nəriman Axundzadə artıq nə avrokubokda, nə də rotasiyalı heyətdə yer alır. İctimaiyyət tərəfindən böyük təzyiqə məruz qalan 21 yaşlı futbolçu komandadan ayrılmaq, legioner həyatı yaşamaq istəyir.

Əldə etdiyimiz məlumata görə Nəriman azı bir ildi komandadan ayrılmaq niyyətindədi. Amma getməsi sual altındadı. MLS-ə getmək ehtimalı olsa da, hələ də rəsmi məlumat yoxdu. “Böyük beşlik” ölkələrində “transfer pəncərəsi” bağlansa da, bir çox ölkələrdə hələ də açıqdı. Polşa, Xorvatiya kimi ölkələrdən ciddi təklif olmasa da, klublarının diqqət mərkəzindədi.

Son oyunlarda oynamamaq səbəbi isə ayrılıq deyil. Ayağında kiçik zədəi olduğuna görə Qurban Qurbanov onu heyətdən kənar saxlayır.

Xatırladaq ki, 21 yaşlı futbolçununun “köhlən atlar”la 2028-ci ilin yayına qədər müqaviləsi var.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul