Onun üçün mövsüm erkən sona çatdı

11.01.2026 22:20 11
Dünya futbolu
Viktor Bonifeysin son vəziyyəti ilə bağlı məlumat yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Bayer-04”ün “Verder”də icarə əsasında çıxış edən futbolçusu əməliyyat olunacaq. Bu haqda Almaniya mətbuatı məlumat yayıb. Viktor həkimlərlə məsləhətləşdikdən sonra diz əməliyyatı keçirməyə razılıq verib. Bu isə o demək di ki, Bonifeys üçün cari mövsüm erkən başa çatıb.

Yeri gəlmişkən, 25 yaşlı futbolçunun icarə müqaviləsi mövsümün sonuna qədər qüvvədə olacaq.