• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz” qış “transfer pəncərəsi”ndən faydalana bilməyəcək! - YAZI

Yazarlar / Manşet

9-01-2026, 11:0

Misli premyer-liqasında mövsümün ilk yarısında başverənlər haqda xeyli danışmaq olar.

Axı hətta “Qarabağ” belə qış fasiləsinə ikinci sırada yollanmaqla azarkeşlərini üzdü. Ancaq bu söhbətin mövzusu çempionatın iddialıları yox, aşağı sırada qərarlaşanlardan biri, daha dəqiqi, “Kəpəz”di. Ona görə ki, əvvəlki mövsümlərdə olduğu kimi, 2025/26 “futbol ili”nə də uğursuz nəticələrlə başlayan Gəncə təmsilçisi yenə premyer-liqanı tərk etməyə namizədlər sırasındadı. Zarafat deyil, “sarı-göylər” 9 xalla 10-cu sırada qərarlaşıb.

Məsələnin daha acınacaqlı tərəfi isə kollektivin mövsümün qalan vaxtı ərzində yüksək sıralara qalxmaq ehtimalının böytük olmamasıdı. Qısası, “Kəpəz”in qış “transfer pəncərəsi” çərçivəsində güclənəcəyinə inananlar da azdı, premyer-liqadakı yerini qoruya biləcəyinə də. Odu ki, əsası 1959-cu ildə qoyulan klubun gələcəyi futbol ictimaiyyətini narahat etməyə bilməz.

Tənəzzülün ayaq səsləri...
Ötən mövsüm komandanı premyer-liqada saxlamağa nail olan baş məşqçi Azər Bağırov vəzifəsindən azad ediləndə növbəti “futbol ili”nin uğurlu olmayacağını proqnozlaşdırmaq mümkün idi. Bu addımla ilk səhvə yol verən klub rəhbərliyi komandanı Adil Şükürovun sərəncamına verməklə növbəti yanlışa imza atdı. Onun seleksiya bacarıqlarının yüksək səviyyədə olmadığı hələ 2024-cü ilin yayında üzə çıxmışdı. Təəssüf ki, Adil bəy bu dəfə də bizi yaxşı mənada təəccübləndirmədi. Beləlikə, uğursuz futbolçu seçimləri, ardıcıl məğlubiyyətlər və azarkeşlərlə münasibətin korlanması kimi amillər üzündən istefaya göndərilən mütəxəssisi yenidən Azər Bağırov əvəzlədi.

Etiraf edək ki, bu gün durum daha pisdi. Legionerlərin, demək olar ki, hamısı premyer-liqa səviyyəsində rəqabət üçün yararsızdı. Əslində ilin sonuna qədər “Kəpəz” üçün yeganə çıxış yolunu uzaqda axtarmağa ehtiyac yox idi. Yalnız qış “transfer pəncərəsi”ni gözləmək və daha keyfiyyətli futbolçularla güclənmək lazım idi ki, bugünlərdə daha bir acı həqiqət ortaya çıxdı...

Azər Bağırovun susaraq dedikləri...
Vaxt-vədə yetişdi. İndi premyer-liqa klubları heyətini gücləndirməklə məşğuldu. Komandaların məşqçilər korpusu mövsümün ilk yarısında apardığı təhlillər əsasında özünü yaxşı tərəfdən göstərə bilməyənlərdən yaxa qurtarmağa, yeni futbolçular sayəsində daha iddialı kollektiv formalaşdırmağa çalışırlar. Ancaq “Kəpəz” bu prosesdən böyük ölçüdə kənarda qalıb! Görünür, “sarı-göylər” sponsorsuz günlərini geridə qoysa da, kasıblıq əlaməti hələ də klubdan əl çəkməyib.

Gəlin, əvvəl Azər bəyin heyətdə gözlənilən dəyişikliklərlə bağlı açıqlamasına nəzər yetirək:

“Kasper Rosa və Pedro Qomeşlə yolları ayırmışıq. Başqalarının gedişi nəzərdə tutulmayıb. Ola bilər bəzi yerli, gənc futbolçular 90 dəqiqə forma geyə biləcəkləri klublarla anlaşsınlar. Belədə perspektivi nəzərə alaraq onlara şərait yaradacağıq. Onsuz da qış dönəmində heyəti gücləndirməklə bağlı çətinliklər olur. Bizim də bu yöndə işlərimiz gedir. İnanıram ki, mövsümün ikinci hissəsinin startına qədər istədiyimizi gerçəkləşdirə biləcəyik. Həm də reallıqlar var ki, onları nəzərə alaraq yolumuza davam edəcəyik”.
Heç şübhəsiz, Azər bəy reallıqları ifadə etməklə klubun büdcəsini, imkanlarını ön plana çıxarır. Elə yararsız legionerlərlə yolların ayrılmamasının səbəbi də təzminat məsələsidi. Bu azmış kimi, “sarı-göylər” yerli oyunçularını da itirmək təhlükəsi ilə üz-üzədi. Odu ki, Gəncə təmsilçisinin qış “transfer pəncərəsi” çərçivəsində güclənəcəyini düşünmək, sadəcə, sadəlövhlükdü.

Bəs, azarkeş dəstəyi?
Məlumdu ki, “Kəpəz” Gəncə şəhər stadionunun yenidən inşasıyla əlaqədar görülən işlərə görə sərgərdan həyat yaşayıb. Daha əvvəl ev oyunlarını Tovuz və Qəbələ şəhər stadionlarında keçirən “sarı-göylər” indi Yevlaxdadı. Əlbəttə, bu məqam kollektivin azarkeş dəstəyinə təsirsiz ötüşmür. Təəssüf ki, böyük tərəfdar kütləsi olan komandanın ev oyunlarında qeydə alınan azarkeş sayı cari mövsümdə hələ 1000-i keçməyib. Bəs, komanda bu problemdən nə vaxt yaxa qurtaracaq? Bu yerdə xatırladaq ki, Gəncə şəhər stadionu bu ilin aprel-may aylarında “Kəpəz”in ixtiyarına verilə bilər. Bunu gənclər və idman naziri Fərid Qayıbov deyib:
“Dəqiq tarix demək bir az çətindi, amma stadion oyunlar üçün hazır vəziyyətə gətiriləcək. Bu, hava şəraitindən asılı olan məqamdı. Biz gözləməliyik”.

“Kəpəz” qayıdacaqmı?
Hadisələrin axarına əsasən, deyə bilərik ki, azı bu mövsüm əzəmətli, yüksək yerlər uğrunda mübarizə aparan “Kəpəz” görməyəcəyik. Azər Bağırovun komandası yalnız xal ehtiyatını artırmaq barədə düşünməli, “Karvan-Yevlax”la “Qəbələ”nin rəqiblərinə azarkeşlik etməklə məşğul olmalıdı. Əks halda, komandanı acınacaqlı aqibət gözləyir. Burda yenə əsas məsuliyyət Azər Bağırovun çiyinləri üzərindədi. Təcrübəli mütəxəsis ilin ilk 5 ayı ərzində sözün əsl mənasında təcrübəsini danışdırmalıdı. Axı “sarı-göylər”i sonuncu sıradakı Yevlax təmsilçisindən cəmi 3 xal ayırır...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

2-02-2025, 11:0

“Nəinki bu mövsüm, növbəti “futbol ili”ndə də “Kəpəz” adı qorunacaq” – bu inam nəyə söykənir?

Ölkə futbolu / Aktual

3-01-2026, 21:0

“Mövsümün ilk yarısında gözlədiyimiz nəticələri əldə edə bilmədik” – “Dənizçilər” “Səbail”dən narazıdı

Aktual / Ölkə futbolu

11-05-2025, 12:0

"Kəpəz"ə yaraşan daha böyük uğurları qeyd etməkdi" - gəncəlilər bayram keçirməyəcək

Ölkə futbolu / Manşet

19-01-2025, 09:0

“Kəpəz”də yeni era başlayır... - Gəncə təmsilçisi "qızıl dövr"ə qədəm qoyacaq!

Ölkə futbolu

3-02-2025, 17:0

"Kəpəz"dən növbəti transfer

Aktual / Premyer-liqa

21-12-2023, 15:0

“Ötən mövsüm sərgilədiyi futbolun 20 faizini belə ortaya qoymur”- mütəxəssis rəyi

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
  • Dünən, 12:53
    “Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq
  • Dünən, 12:39
    “Xankəndi” üç futbolçusu ilə vidalaşdı
  • Dünən, 12:08
    Amin Ramazanov "Sabah"da
  • Dünən, 12:00
    “Sabah”a böyük ümidlərlə
  • Dünən, 11:52
    “Sabah” – “Nyu Seynts” matçına neçə bilet satılıb? – hələ minlərlə boş yer var!
  • Dünən, 11:35
    Gözlənilən aqibətlə üzləşdi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 203
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə