• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mən nə bilim Venesuelanın prezidenti həyat yoldaşı ilə hardadı, neynir” - Futbol ictimaiyyətinin nümayəndələri danışdı

Aktual / Maraqlı

6-01-2026, 11:0

Yanvarın 3-ü səhər saatlarında dünyada heç vaxt unudulmayacaq bir hadisə baş verdi. Belə ki, Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələri Venenesuelaya hücum etdi, “Delta Force” xüsusi təyinatlıları birbaşa ABŞ prezidenti Donald Trampın göstərişi ilə Venesuela prezidenti Nikolas Maduronu və onun xanımı Siliya Floresi yataq otağından götürüb apardılar. Bəli-bəli, düz oxuduz, müstəqil bir dövlətin başçısı oğurlandı, artıq ona narkocinayətkarlıqla bağlı ittiham da irəli sürülüb. Bu hadisə dünyanın hər yerində adamları ikiyə böldü. Maduro ilə xanımını yataq otağından götürdən Trampa haqq qazandıranlar da var, onu lənətləyənlər də. Azərbaycan futbol ictimaiyyətinin bəzi nümayəndələrinin bu olaya münasibətini öyrəndik.
Ruslan Əmircanov: “Qadan alım, “Futbol+”dən olduğunu deyib, mənə siyasi suallar verirsən. Mən nə bilim Venesuelanın prezidenti həyat yoldaşı ilə hardadı, neynir. Mənə de ki, top necə gedəcək, futbolu kim oynayacaq? Maraqlı suallar verirsən e... Mənim başımı siyasi söhbətlərə qatma. Futboldan danış e... Nə fikir bildirim? Kimi axtaraq? Venesuelanın prezidentini hardan tapaq? Gülməli, maraqlı suallar verirsən e, qardaşım”.
Kənan Məstəliyev: “Maduro məsələsi əslində prezident İlham Əliyevin təəssüflə təkrarladığı ifadəni bir daha sübut etdi. Beynəlxalq hüquqa inam qalmayıb. Bu ancaq kağız üzərindədi. BMT də qüvvəsini itirib. Kim güclüdüsə, o da qalib gəlir. 44 günlük müharibə dövründə haqlı savaşımızda gördüklərimiz hər gün təsdiqini tapır. Bunlar qeyri-demokratik addımlardı. Zirvə nöqtəsi də Trampın administrasiyasının atdığı addımdı. Bir dövlətin başqa dövlətin rəsmi prezidentini oğurlamasının heç bir hüquqi, demokratik əsası yoxdu. BMT-nin Təhlükəsizlik Şürası toplanmalı, müvafiq qərar verməli, legitimlik şübhə altına salınmalı, bununla bağlı BMT-nin sanksiyası tədbiq olunmalı idi. Bu halda qəbul etmək olardı. Bir prezidentin başqa ölkənin prezidentini bu şəkildə götürüb aparmasının heç bir hüquqi əsası yoxdu, çox təhlükəlidi. Prezident İlham Əliyev illər əvvəl nə deyibsə, düzgün deyib. Sadəcə, güclü olmaq lazımdı, öz maraqlarımızı düşünməliyik və buna uyğun addım atmalıyıq”.
Yaşar Seyidov: “Mən bu məsələni lap əvvəldən izləmişəm. İş ondadı ki, ABŞ kimi sivil dövlət Venesuelaya bildirib ki, ölkəmizi narkotiklə zəhərləməyin. Narkomaniya ilə gənclərimizi məhv edirsiz, yollarını azıb, pis vərdişlərə qurşanırlar. Rəsmi şəkildə məktublar göndərilib, xəbərdarlıq edilib. Amma onlar bundan əl çəkməyib. İndi özünüz fikirləşin. Amerika kimi dövlətin rəhbəri nə etməli idi? Ölkəsini zəhərləyir. Buna görə də Trampın etdiyi hərəkət çox doğrudu. Sözlə başa düşməyənə belə etmək lazımdı. Vladimir Zelenski gözəl açıqlama verib ki, diktatorla necə davranmaq lazım olduğunu Tramp çox yaxşı bilir. Biz sağlamlığın, xoşbəxtliyin lehinəyik. Sözlə başa düşməyiblər deyə belə ediblər. Hətta Maduroya Türkiyədə sığınacaq təklif olunub, qəbul etməyib. O Trampa deyirdi ki, Karakasdayam, duxun çatırsa, gəl bura, götür. Onlar da gəldilər, götürdülər (gülür). Ölkəmizdə bununla bağlı ciddi qərarlar var. DİN əlindən gələni edir. Dövlət səviyyəsində işlər aparılır. Nail Kəmərlinin verilişlərinə baxıram. Göstərir ki, bu işin sonu budu. Narkotikdən uzaq olmaq lazımdı”.
MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-01-2023, 11:0

Xanımı Dani Alveşə haqq qazandırdı

İdman

11-10-2025, 18:0

Trampın doğum günündə döyüşəcəklər

Dünya futbolu

9-11-2024, 14:0

Federasiyanın prezidenti həbs olundu

Dünya futbolu

2-04-2022, 21:0

Bekhemin villası qarət edilib

Dünya futbolu

29-07-2025, 16:0

Platininin təxminən 20 qəniməti oğurlandı

Dünya futbolu

2-08-2025, 23:0

Platininin təxminən 20 qəniməti oğurlandı

Aktual
“PSJ-yə müəyyən simpatiya hiss olunurdu” – azərbaycanlı şərhçi Budapeştdə nə görüb?
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
“Mənlə maraqlanan klublar var” – Elgiz Kərəmli
"Sumqayıt"ın yeni baş məşqçisi nə vaxt açıqlanacaq? - rəsmi açıqlama
“Klub 1-ci liqada iddialı olmaq istəyirsə, bir neçə tələb yerinə yetirilməliydi” – Fizuli Məmmədov danışdı
"Turan Tovuz" Konfrans Liqasından uzaqlaşdırılıb? - rəsmi açıqlama gəldi!
Son xəbərlər
  • Dünən, 23:59
    “PSJ-yə müəyyən simpatiya hiss olunurdu” – azərbaycanlı şərhçi Budapeştdə nə görüb?
  • Dünən, 23:19
    Cüdoçularımız Qratsda beş medal qazandı
  • Dünən, 22:52
    Fransa millisinin qapıçısı Şahruddinə hədiyyə göndərdi
  • Dünən, 22:21
    Arda ÇL-nin ən yaxşı gənc futbolçusu seçildi
  • Dünən, 21:50
    İqor Ribeyro: “Neftçi”dən təklif alanda çox sevindim” - VİDEO
  • Dünən, 21:19
    Həftənin rəmzi komandası açıqlandı - ÇL
  • Dünən, 20:48
    “Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
  • Dünən, 20:17
    Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçildi
  • Dünən, 19:48
    Yığmamızın heyəti və rəqibi açıqlandı - Qəbələdə iki oyun
  • Dünən, 19:17
    “Mənlə maraqlanan klublar var” – Elgiz Kərəmli
  • Dünən, 18:46
    "Şamaxı"da daha bir ayrılıq
  • Dünən, 18:15
    "Sumqayıt"ın yeni baş məşqçisi nə vaxt açıqlanacaq? - rəsmi açıqlama
  • Dünən, 17:44
    "Zirə" 5 futbolçuyla vidalaşdı
  • Dünən, 17:18
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 16:47
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 16:19
    Milli komandanın kapitanı oldu
  • Dünən, 15:45
    “Klub 1-ci liqada iddialı olmaq istəyirsə, bir neçə tələb yerinə yetirilməliydi” – Fizuli Məmmədov danışdı
  • Dünən, 15:28
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 14:58
    Slotun yerini kim tutacaq?
  • Dünən, 14:20
    Millinin təlim-məşq toplanışı başladı
  • Dünən, 13:58
    Asif Əsgərov UEFA-nın baş katibinin müavini və FİFA prezidenti ilə görüşdü
  • Dünən, 13:55
    Türkiyə yığmasının üzvü yeni imici ilə hər kəsi təəccübləndirdi
  • Dünən, 13:16
    İkardi ''Qalatasaray'' rəhbərliyini bezdirdi!
  • Dünən, 12:49
    Milli Qazaxıstanla qarşılaşacaq
  • Dünən, 12:25
    Quti Arda Gülər haqda nə dedi? - ''İşlər qaydasında getmədikdə...''
  • Dünən, 11:54
    "Turan Tovuz" Konfrans Liqasından uzaqlaşdırılıb? - rəsmi açıqlama gəldi!
  • Dünən, 11:23
    Məhəmməd Musayev qızıl medal qazandı - Avropa Kuboku
  • Dünən, 10:52
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
  • Dünən, 10:24
    Rəvan getdi, Nurəziz gəldi - millinin heyətində dəyişiklik
  • Dünən, 10:13
    "Sabah" Sekidika ilə yolları ayırdı - RƏSMİ
  • Dünən, 10:01
    16 ildən sonra ölkəsinə qayıtdı
  • Dünən, 09:01
    Premyer-liqadan çempionşipə üz tutacaq
  • 30-05-2026, 23:0
    ''Trabzonspor'' son bir ayda öz transfer rekordunu ikinci dəfə yeniləyə bilər
  • 30-05-2026, 23:0
    Çempionlar Liqasının qalibi PSJ oldu!
  • 30-05-2026, 20:0
    Ter Ştegenin yolu haradı?
Daha çox
Oxunub: 396
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 261
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 208
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 199
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 195
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 182
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə