Bu məqamı dəqiqləşdirmək üçün “Şəki”nin kapitanı Cavid İmamverdiyevlə əlaqə saxladıq. Təcrübəli futbolçu “Football-plus.az”a belə dedi:
“Yanlış məlumatdı. Maaşı sponsorumuz “Flyblast” ödəyib. Amma dörd yox, cəmi bir aylıq. İnşallah, hər şey bərpa olunacaq, qaydasına düşəcək. Rəhbərlik söz verib. Daha yaxşı “Şəki” olacaq”.
MÜZƏFFƏR QULUZADƏ





