“Bu günə qədər 300 min pul xərcləmişəm, 500 manatlıq futbolçuya 2-3 min verirlər” – sponsordan şok açıqlama

2.12.2025 15:55 140
Aktual / Ölkə futbolu
Mövsümün əvvəlində böyük maliyyə ilə qarşısına çempionluq hədəfi qoyan “Şəki”də vəziyyət heç də ürəkaçan deyil. Belə ki, komandada nə futbolçular maaş ala bilir, nə də məşqçi heyəti. Heç məşqə də çıxmırlar.

Klubun icraçı direktoru Zamin Əsədullayev “Football-plus.az”a açıqlamasında sponsor hesabına hədəf müəyyənləşdirdiklərini bildirib. Sponsor isə artıq geri çəkilib, maliyyə ayırmır.

Bu məsələyə aydınlıq gətirmək üçün “Şəki”nin sponsoru olan “Flyblast” şirkətinin təsisçisi və rəhbəri Rövşən Abdullayev ilə əlaqə saxladıq:
“Bu günə qədər kluba 300 min pul xərcləmişəm. Amma bunlar pulları gic-gic yerlərə xərcləyir. 500 manatlıq futbolçuya 2-3 min maaş verirlər. Mən də aldadıldığımı başa düşürəm. Düzdün strategiya ilə işləmirlər. Verdiyim pullara görə də öz şikayətimi bildirəcəm. “Xudat”dan tutmuş “Şəki”yə qədər 300 min manatım gedib. Amma pulu hara gəldi xərcləyirlər. Müqavilə haqda məlumat verə bilməyəcəm. Bu, klubla bizim aramızda olan məsələdi”.
MÜZƏFFƏR QULUZADƏ