Bəhlul, yoxsa Elvin? Sən də qoşul, səs ver!

24.12.2025 11:56 51
Ölkə futbolu / Manşet
Əziz oxucular! Böyük məmnunluq hissi ilə bildiririk ki, “Futbol+”in ilin futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi ənənəvi ümummilli sorğuda yolun yarıdan çoxu arxada qalıb.

Hazırda cavabların emalı, səslərin hesablanması prosesi gedir. İpucu vermək kimi çıxmasın, amma “Qarabağ”ın iki müdafiəçisi – Bəhlul Mustafazadə ilə Elvin Cəfərquliyev arasında amansız, gərgin birincilik mübarizəsi gedir. “Feysbuk” səhifəmizdə (Futbol+ müstəqil idman qəzeti) isə səsvermə dekabrın 27-si, saat 00.00-a qədər davam edəcək.

Buyurun, ölkənin ən güclüsünü müəyyənləşdirməyə xidmət edən layihə-müsabiqəyə siz də qoşulun!

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul