Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 13-cü turuna təsadüf edib.
“Karvan-Yevlax”la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub. 2008-ci ilin yayından Ağdam təmsilçisini çalışdıran mütəxəssisin komandası bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran "köhlən atlar" 631 top buraxıb.
Qurban Qurbanovun “Qarabağ”a rəhbərlik etdiyi 17 ildə komanda premyer-liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.
Qeyd edək ki, Qurbanov “Qarabağ”da 2008-ci il avqustun 9-da debüt edib. Premyer-liqanın “Bakılı” ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.