"Qarabağ" Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində "Napoli"nin qonağı olacaq.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın futbolçusu Mrko Yankoviç oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Napoli" güclü bir komandadı. Bilirik ki, İtaliya çempionu ilə oynamaq maraqlı olacaq. Biz öz oyunumuzu göstərəcəyik. Maksimumuzu verməyə çalışacağıq".
- Konte bildirmişdi ki, siz Çempionlar Liqasında çevriliş edən bir komandasınız. Düşünürsüzmü ki, sabahkı nəticə sizin istədiyiniz kimi olacaq?
- Çətin olacaq. Bizim də öz ambisiyalarımız var. 7 xalımız var və bu xallar göstərir ki, güclü komandalara qarşı oynaya bilirik.
- Bir neçə il əvvəl başqa bir komandanın heyətində "Napoli"yə qarşı oynamısan. Həmin vaxtdakı "Napoli" ilə indikini müqayisə etsən, nəyin dəyişdiyini görərsən?
- "Napoli"nin möhtəşəm oyunçuları var. Hər zaman güclü bir komanda olub. Az öncə də bildirdiyim kimi, biz öz oyunumuzu oynamağa çalışacağıq.