“Meydançanın bərbad olması hər iki komandaya problem yaratdı” - Elvin Məmmədov

24.11.2025 21:43 31
Ölkə futbolu / Aktual
1-ci liqa təmsilçisi “Səbail” gözlənilmədən xal itirib. Çempionluq uğrunda mübarizə aparan “dənizçilər” səfərdə “Baku Sportinq”lə heç-heçə edib - 0:0.

Oyundan sonra Bayıl təmsilçisinin baş məşqçisi Elvin Məmmədov Buzovna səfəri haqda fikirlərini “Football-plus.az” ilə bölüşdü:
“Səfərdə xal qazandığımıza görə futbolçularımıza təşəkkürümü bildirirəm. O meydanda yaxşı, əzmkar mübarizə apardılar. Futbolda xal və xallar itirmək normaldı. Uzun yolumuz var. Bu matçda isə meydançanın bərbad olması hər iki komandaya problem yaratdı. Ən böyük nüans hər iki komanda üçün meydança amili oldu”.

MÜZƏFFƏR QULUZADƏ