Toral Bayramovla Leandro Andrade hardadı?

9.02.2025 16:28 428
Aktual / Ölkə futbolu
“Qarabağ”ın “Səbail”i məğlub etdiyi kubok oyununun sifariş ərizəsinə Leandro Andrade ilə Toral Bayramovun adı salınmamışdı. Toral Bayramov Amin Ramazanovla birlikdə qarşılaşmanı tribunadan izləyirdi.

Leandro ilə Toralın sifariş ərizəsinə salınmamasının səbəbi nə idi? Baş məşqçinin mülahizəsi idi, yoxsa bu iki futbolçunun sağlıq durumu ilə bağlı problem var? Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Football-plus.az”a cavabı:

“Toral Bayramov zədəsinin bərpa prosesi ilə məşğuldu. Leandro artıq hazırdı. Məşqlərdə iştirak edir. “Səbail”lə oyunda onu qorumaq məqsədi ilə adı sifariş ərizəsinə yazılmamışdı”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul