Ozancanın komandasından böyükhesablı qələbə

26.10.2025 11:49 10
Dünya futbolu
Niderland çempionatında 10-cu turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Ozancan Kökçünün çıxış etdiyi “Volendam” “Herakles”i qəbul edib.

Matç ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Kökçü meydana start heyətində çıxıb və fasilədə əvəzlənib.

“Volendam” 10 xalla 13-cü pillədə qərarlaşıb.