Ceyhun Nuriyev premyer-liqada 100-cu matçını keçirdi

27.10.2025 14:03 9
Ölkə futbolu
"Zirə"nin futbolçusu Ceyhun Nuriyev premyer-lqada 100-cu matçını keçirib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi bunu Misli premyer-liqasının 9-cu turunda "Sumqayıt"la ev matçında (1:0) reallaşdırıb. O, qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, hesabında 11 qol olan Ceyhun premyer-liqada iki klubun formasını geyib. 2020/21 mövsümündə "Sabah"da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), "Zirə"də 54 (7 qol) dəfə şans qazanıb.