Təyyarə qəzasında dünyasını dəyişənlərdən biri futbolçu olub...

26.12.2024 19:12 283
Ölkə futbolu
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında futbolçu da olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Dünyasını dəyişən 13 yaşlı Məhəmmədəli Eqanov Bakının “Gənclik” klubunda çıxış edib.

Allah rəhmət eləsin!