Şayiələrə son qoydu

5.10.2025 23:30 89
Dünya futbolu
Vilyam Saliba haqqında gəzən şayiələrə son qoyub.

Müdafiəçi “Arsenal” ilə yeni müqavilə imzalayacaq. “The Athletic”in yaydığı xəbərə görə, 24 yaşlı futbolçu yaxın günlərdə yeni sözləşməyə qol çəkəcək. Tərəflərin may ayından danışıq apardığı bildirilib.

Fransalı futbolçu “Arsenal”a 2019-cu ildə “Sent-Etyen”dən transfer olunub. Vilyam bu mövsüm 5 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul