Millimiz FİFA reytinqində

18.09.2025 12:24 15
Ölkə futbolu
FİFA milli komandalarının sentyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya uduzan (0:5) və Ukrayna ilə heç-heçə (1:1) edən Azərbaycan milli komandası 1148,09 xalla 2 pillə geriləyərək 122-ci yerdən 124-cü yerə düşüb.

Azərbaycanın ən yaxın izləyicisi Zimbabve (1133,75), bir pillə yuxarıda olan isə Malayziyadı (1148,23).

DÇ-2026-nın seçmə mərhələsində millimizin rəqiblərindən Fransa 2-ci (1870,92), Ukrayna 28-ci (1543,06), İslandiya 74-cüdür (1343,09).

Qeyd edək ki, FİFA reytinqinə 1875,37 xalla İspaniya başçılıq edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul