Məşhur məşqçi ağır xəsarət aldı

6.09.2025 17:58 13
Dünya futbolu
Luis Enrike arzuolunmaz vəziyyətə düşüb.

"Football-plus.az" xəbər verir ki, PSJ-nin baş məşqçisi velosipeddən yıxılıb. Nəticədə ağır xəsarət alıb. Müayinədən sonra ispaniyalı mütəxəssisin körpücük sümüyünün sındığı məlum olub. Luis Enrikenin əməliyyat olunacağı açıqlanıb.

Qeyd edək ki, o, ötən mövsüm PSJ-ni Fransa çempionatında, ölkə kubokunda və Çempionlar Liqasında qələbəyə daşıyıb.