Mərhum futbolçunun forma nömrəsi kimə verildi?

1.09.2025 18:40 13
Dünya futbolu
Portuqaliya yığmasında mərhum Dioqo Jotanın çıxış etdiyi “21” nömrəli formasını daşıyacaq futbolçu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Roberto Martines açıqlama verib.

Onun sözlərinə görə, bu futbolçu yarımmüdafiəçi Ruben Neveş olacaq. Portuqaliya DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını səfərdə Ermənistana (6 sentyabr) və Macarıstana (9 sentyabr) qarşı keçirəcək.

Xatırladaq ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Dioqo və onun 26 yaşlı qardaşı Andre həlak olublar.