“Qolden Steyt” Ceymsi almaq istəyib?

29.08.2025 16:48 5
İdman
“Qolden Steyt” dünya basketbolunun ulduzlarından Stefan Karri ilə Lebron Ceymsi eyni komandada birləşdirmək istəyir.

Bununla bağlı xəbəri jurnalist Brett Siqel X sosial şəbəkəsində yayıb. Onun iddiasına inansaq, “Uorriorz” Lebronla həm ötən mövsüm, həm bu il – mövsümlərarası dövrün startı ərəfəsində, həm də 2025/26 mövsümü üçün müqaviləsi yenilənəndən sonra danışıq aparıb. Ulduz basketbolçu özü bu keçiddə maraqlı deyil.

40 yaşlı Lebron 2024/25 mövsümündə keçirdiyi 70 oyunda orta hesabla 24,4 xal toplayıb, 7,8 ribaund edib, 8,2 ötürmə verib.