“Qolden Steyt” dünya basketbolunun ulduzlarından Stefan Karri ilə Lebron Ceymsi eyni komandada birləşdirmək istəyir.
Bununa bağlı xəbəri jurnalist Brett Siqel X sosial şəbəkəsində yayıb. Onun iddiasına inansaq, “Uorriorz” Lebronla həm ötən mövsüm, həm bu il – mövsümlərarası dövrün startı ərəfəsində, həm də 2025/26 mövsümü üçün müqaviləsi yenilənəndən sonra danışıq aparıb. Ulduz basketbolçu özü bu keçiddə maraqlı deyil.
40 yaşlı Lebron 2024/25 mövsümündə keçirdiyi 70 oyunda orta hesabla 24,4 xal toplayıb, 7,8 ribaund edib, 8,2 ötürmə verib.