Bundan sonra qurumun turnirləri Amerikada pullu yayın sistemi üzrə göstərilməyəcək. Sövdələşmənin şərtinə görə, “Paramount” 13 nömrəli turniri, eləcə də 30 “Fight Nights” turnirini özünün “Paramount+” platformasında göstərməklə bağlı eksklüziv hüquqa malik olacaq. Bundan başqa, adı çəkilən korporasiya seçilmiş nömrəli turnirləri gələn ildən CBS kanalında da yayınlayacaq.
Uayt sosial şəbəkə hesabında bunları yazıb:
“Bu sövdələşmə UFC-ni dünyadakı ən nəhəng idman növləri sırasına qoşur. “Paramount”la CBS-in təqdim edəcəyi yayınlar bizim atletlər və bu idman növünü izləyən, sevən hər kəs üçün böyük qələbədi”.





