Azərbaycanlı şahmatçılar Türkiyənin Dənizli şəhərində keçirilən beynəlxalq turnirdə çıxışını davam etdirir.
6 turdan sonra Misrətdin İskəndərov və Şiroğlan Talıbov hərəyə 4,5 xal toplamaqla turnir cədvəlində qonşu yerlərdə – 5-6-cı pillələrdə qərarlaşıblar.
Turnir cədvəlinə 5 xal toplayan Yevgeni Romanov (Şimali Makedoniya) başçılıq edir. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olacaq turnirə 82 şahmatçı qatılıb.