Monteneqronun Petrovaç şəhərində keçirilən gənc şahmatçılar arasında dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Ayan Allahverdiyeva altı turdan sonra liderlər qrupunda mövqeyini qoruyub.
Kesaria Mgeladze (Gürcüstan) ilə heç-heçə edən şahmatçımızın hesabında beş xal var. O, eyni nəticəyə malik digər üç iştirakçı ilə birlikdə zirvəyə şərikdi. Lalə Hüseynovanın 3, Nərmin Abdinovanın isə 2 xalı var. Onlar ilk “50-lik”dən uzaq düşüblər.
Oğlanların yarışında Şiroğlan Talıbov Manuel Kamposa (Kolumbiya) qalib gəlib. Dörd xal toplayan təmsilçimiz 24-cü pillədə qərarlaşıb. Mateu Bodjiyə (Albaniya) qalib gələn Xəzər Babazadə 3,5 xal toplayıb.