Milliyə dəvət aldı, klubundan ikiəlli yapışdı

19.07.2025 12:02 25
Dünya futbolu
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro gələcəyi ilə bağlı qərar qəbul edib.

"Football-plus.az" xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını bu klubda davam etdirmək istəyir. Onun qərarına ötən mövsümün sonunda Braziliya milisinə dəvət alması da təsir göstərib.

Kazemiro premyer-liqa təmsilçisinin heyətində çıxış edərkən yığmaya daha çox dəvət alacağını düşünür.