Nazim Sadıxov nokautla qalib gəldi

22.06.2025 06:59 5
İdman
Təmsilçimiz Nazim Sadıxov Bakıda təşkil olunan UFC turnirində döyüşə çıxıb.

"Football-plus.az" xəbər verir ki, yüngül çəkidəki görüşdə idmançımız Braziliyadan olan Nikolas Motta ilə üz-üzə gəlib.

Qarşılaşmanın qalibi Nazim Sadıxov olub. O, ikinci raundda rəqibini nokautla məğlub edib.