“Zirə” yeni futbolçu ilə anlaşıb.
"Football-plus.az" xəbər verir ki, "qartallar" Yeqor Boqomolskiylə müqavilə bağlayıb. 25 yaşlı hücumçuyla iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, belaruslu futbolçu karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo” (Brest), “Rux”, “Minsk” klublarında çıxış edib. Onun sonuncu klubu “Neftçi” olub.