Xəzər Türkiyədə dördüncü yeri tutdu

28.04.2025 12:56 18
İdman
Türkiyənin Manisa şəhərində şahmat üzrə beynəlxalq turnir başa çatıb.

"Football-plus.az" xəbər verir ki, yarışda təmsilçilərimizdən ən yaxşı nəticəni Xəzər Babazadə göstərib.

O, 6 xal yığaraq 4-cü yeri tutub. Babazadə yarışın qalibi iranlı Araş Təhbazdan yarım xal geri qalıb.

Digər şahmatçılarımızdan Elnur Əliyev yarışı 5,5 xalla 12-ci yerdə başa vurub. Vüqar Rəsulov isə 4 xal toplayaraq 26-cı yerlə kifayətlənib.