“Qarabağ” yenə də Azərbaycan derbisində böyük hesabla qalib gəldi. Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən dueldə “Neftçi” 0:3 hesabıyla uduzdu. Beləliklə, Qurban Qurbanovun komandası cari mövsümdə “ağ-qaralar”ı 4 dəfə məğlub etdi, bir qol da buraxmadı.
“Footbal-plus.az” “Qarabağ” azarkeşlərin “feysbuk” səhifəsindəki rəylərini təqdim edir.
Ülvi Lətifli:
“2-ci hissə necə bir qol belə vura bilmədiz? Bu qədər epizod qaçar?”
Dadaş Əhmədov:
“Kim nə deyir-desin, Qurban özü ikinci hissədə dedi oynamayın. Axı özü də “Neftçi”də oynayıb, biabr etmək istəmədi.
Ülvi Şakirli:
“Siz də ki burda çempion olun, sonra gedin iki oyun sonra qayıdın. Yaxşı oyunçular transfer edin, Çempionlar Liqasına düşün”.
Surxay Əlizadə:
“İrəliləyiş var, əvvəl dörd qol buraxırdılar, indi üç qoldu. 10-15 ilə iki topa düşər”.
Kənan Əsədli:
“Qələbə bizim üçün nəticə deyil, vərdişdi”.