Futzal üzrə Avropa çempionatının əsas mərhələsi çərçivəsində sabah Xorvatiya yığması ilə qarşılaşacaq millimiz bu gün son məşqinə çıxıb.
"Football-plus.az" xəbər verir ki, Bakı İdman Sarayında 1 saat davam edən hazırlıq prosesi zamanı isinmə hərəkətlərinin ardından futzalçılar standart vəziyyətlər üzərində çalışıb.
Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu aprelin 15-də Bakı İdman Sarayında keçiriləcək. Görüş saat 20.00-da başlayacaq.