Hər mövsüm sona yaxınlaşanda əfsanələrlə vidalaşmaq haqda xəbərlər yayılır: təxminən bir il əvvəl Toni Kroosun karyerasını bitirdiyi, Yürgen Kloppun “Liverpul”dan getdiyi və bəzi başqa ayrılıqlar bəlli oldu. İndi isə Kevin De Bruyne “Siti”dən, Tomas Müller “Bavariya”dan gedir.
Mançesterdə 10 il keçirən Kevinin yerli əfsanəyə çevrildiyi bəllidi, ancaq onun Tomasın Münhendəki statusuna çatmasına çox var. Axı almaniyalı ulduz məhz “Bavariya”nın yetirməsidi, əsas komandada təxminən 18 il əvvəl – 2007-nin avqustunda debüt edib. Onda Messi ilə Ronaldonun heç “Qızıl top”u yox idi, Lamin Yamal bir ay idi dünyaya gəlmişdi, Xosep Qvardiola yenicə məşqçi fəaliyyətinə başlamışdı. Görün o vaxtdan bəri nə qədər sellər-sular axıb...
Erkən parlamaq və ağlasığmaz sabitlik üzündən Müller artıq 34 yaşında oyun sayına görə “Bavariya” tarixinin rekordçusuna çevrildi – ötən ilin sentyabrında hesabında 709 oyun olan Zepp Mayeri arxada qoydu. Tomasın hücum məhsuldarlığı da tam qaydasındadı. Yalnız Levandovski və Tomasın həmsoyadı Herd “Bavariya” üçün ondan daha çox qol vurub. Tomasın hesabında ümumilikdə 500-dən artıq məhsuldar hərəkət var. Razılaşın ki, meydanda da o, nadir hallarda ən parlaq bənd kimi görünür. Bununla belə, həmişə ən effektli oyunçulardandı.
Müllerin meydandakı rolu nədi? Hücumçu, yoxsa yarımmüdafiəçi? Mərkəzdə, yoxsa cinahda? Bombardir, yoxsa assistent? Hamısı bir yerdə! Çoxdan məlumdu ki, Tomas yeni amplua icad edib – “raumdoyter” (tərcümədə “boşluq axtaran” deməkdi). Belə də demək olar: mövqesiz mövqe. Əslində bu məqamda alman futbolçunun sonsuz universallığından və intellektindən danışmaq lazımdı. O, harda olmağın, topu hara ötürməyin, necə zərbə vurmağın lazım gəldiyini bilir. Dəhşətli dərəcədə unikaldı.
Rəqəmlərə dönməklə futbolçunun çoxplanlı və çoxçalarlı olduğunu təsdiqləmək istəyirik. Baxın: Müller ÇL-də həm məhsuldar ötürmə (34), həm də qol (57) sayına görə ilk “10-luğ”dadı. Tomasdan başqa yalnız üç futbolçu belə nəticə ilə öyünə bilər – Messi, Ronaldo və Benzema. O, dünya çempionatının “Qızıl buts”un qazanıb və ötürmə sayına görə bundesliqada rekord müəyyənləşdirib – ardıcıl üç mövsüm 20-dən çox məhsuldar ötürmə verib.
Ümumiyyətlə, Mülleri sevməmək çətindi. Şən və xeyirxah oğlandı, məşqlərdə zarafat edir, oyundaşlarını meydanda ruhlandırır, ətrafındakıların hər birinə xoş sözlər deyir. Bir neçə ibrətamiz nümunə var. Almaniyalı ulduz karyerası boyunca yalnız bir dəfə qırmızı vərəqə alıb, onu da təsadüfən. Bilmədən Nikolas Talyafikonun başına ayaqla vurub və dərhal ondan üzr istəyib, hakimlə qətiyyən mübahisə etməyib.
Bəs Maradonanın məşhur açıqlamasını xatırlayırsızmı? Dünya futbolunun əfsanəsi Müllerlə birgə mətbuat konfrasından əvvəl belə demişdi: “Bol-boy ilə eyni masa arxasında əyləşmək istəmirəm”. Bu məqamda sakitcə salonu tərk edən futbolçu dörd ay sonra dünya çempionatının 1/4 finalında Argentinanın qapısına qol vurmaqla darmadağının əsasını qoymuşdi. Alman sonradan bu hadisəni belə xatırlayırdı: