Futzal üzrə millimiz bu gün AÇ-2026-nın əsas mərhələsində növbəti oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda 5-ci turda İsveçin qonağı olub. "Helsinqborq Arena"da keçirilən görüş millimizin məğlubiyyətiylə nəticələnib.
11 aprel
İsveç – Azərbaycan 4:3
Fredrik Söderqvist, 10:23; 36:41. Petrit Zhubi, 14:59. Donat Qaşi, 38:03 - Oktay Rüstəmli, 1:07; 1:46. Rüstəm Bağırov, 11:50
Hakimlər: PETER NURSE, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger (İngiltərə)
"Helsinqborq Arena". Saat 21.00
Qrupdan çıxmaq şansı olmayan millimiz son oyununu aprelin 15-də Bakıda Xorvatiya yığmasına qarşı keçirəcək.