Futzal millimizin AÇ-2026-nın əsas mərhələsində aprelin 11-də səfərdə İsveç və bundan 4 gün sonra Bakıda Xorvatiya ilə keçirəcəyi oyunlara təyinatlar açıqlanıb.
“Football-plus.az” Futzal Fedrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir kİ, səfərdəki görüşü İngiltərədən, Bakıdakı qarşılaşmanı isə Cənubi Kiprdən olan hakimlər briqadası idarə edəcək.
AÇ-2026, əsas mərhələ
İsveç – Azərbaycan
Hakimlər: Peter Nurse, Cordan Qriffits, Oliver Rodriqes-Bellinqer (hamısı İngiltərə).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
Timekiper: Corc Yansizian (İsveç).
11 aprel. "Helsinqborq Arena". Saat 21.00.
Azərbaycan – Xorvatiya
Hakimlər: Yanqos Yanqu, Nikolas Nikolau, Teoçaris Teoçarus (hamısı Kipr).
Hakim-inspektor: Qjerqji Bitri (Malta).
15 aprel. Bakı İdman Sarayı. Saat 20.00.