• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fariz Nəcəfov "Qəbələ"nin premyer-liqayla bağlı planlarını açıqladı

Ölkə futbolu / Müsahibə

6-04-2025, 14:0

"Qəbələ" 1-ci liqanın 20-ci turunda səfərdə "Baku Sportinq"ə qalib gələrək (5:0) ilk 3-lükdəki yerini təmin edib və premyer-liqaya vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, klub prezidenti Fariz Nəcəfov bununla bağlı "Qəbələ"nin rəsmi saytına müsahibə verib və bir sıra sualları cavablandırıb.

- Komanda premyer-liqaya vəsiqə qazandı. Mövsümün qalan hissəsində “Qəbələ”nin hədəfi nə olacaq?
- Birinci liqada qarşıya qoyulan əsas məqsədə vaxtından əvvəl çatmağımız çox xoş oldu. Bu münasibətlə bütün “Qəbələ” azarkeşlərini, komandamızın üzvlərini, əziyyəti olan,uğurumuza sevinən hər kəsi təbrik edirəm. Amma təbii ki, hələ arxayınlaşlmaq olmaz. Mövsümün əvvəlində komandanın qarşısına 1-ci liqanın çempionu olmaq vəzifəsi qoyulub və bunun üçün də çalışmalıyıq.

- Amma növbəti mövsüm üçün planları artıq qurmaq olar. Büdcədə nə kimi dəyişikliklər olacaq? Elitaya qayıdış büdcənin daha da artırılmasına səbəb ola bilər?
- Komandamız premyer-liqada çıxış etdiyi əvvəlki illərdə də kuboku qazanacaq, avrokuboklarda çıxış edəcək büdcəyə malik idi. Bu baxımdan deyə bilərəm ki, növbəti mövsüm də mübariz komanda formalaşdırmaq üçün dövlətin ayırdığı vəsaitdən əlavə lazım olan vəsaiti əldə etməyə çalışacağıq.

- Azarkeşləri maraqlandıran məsələlərdən biri də məşqçilər korpusu ilə bağlıdı…
- Ötən mövsüm hazırkı məşqçilər korpusu ilə müqavilə bağlayanda 1-ci liqaya düşəcəyimiz halda atacağımız addımları da müzakirə etmişdik. Klub olaraq hər zaman uzunmüddətli proyektlərin üzərində işlədiyimiz üçün məşqçilər korpusu ilə də müqavilə müddəti 3 illik nəzərdə tutulmuşdu. Proyektimizin davamı olaraq növbəti mövsüm dəyişiklik etmək fikrimiz yoxdu. Baş məşqçimizdən və köməkçilərindən razıyıq, onlarla işimizə davam edəcəyik.

- Komandanın heyətində bu il akademiyanın yetirməsi olan gənc futbolçular çoxluq təşkil edib. Gələn mövsüm premyer-liqada da gənc futbolçuların xidmətindən daha çox yararlanmağı düşünürsüz?
- İstənilən halda elitaya yüksəldiyimiz üçün heyətdə dəyişikliklər etmək məcburiyyətindəyik. “Qəbələ” futbol klubunun hər zaman əsas prioriteti gənc futbolçuları peşəkar şəkildə, milli komanda səviyyəsinə qədər yetişdirmək olub. Bu mövsüm də komandamızın əksər futbolçuları akademiyamızın yetirməsi olan gənc futbolçular idi. Sevindirici haldı ki, bu il aşağı dəstədə mübarizə aparmağımıza baxmayaraq akademiyamızın yetirməsi olan Şahin Şahniyarov milli komandaya dəvət aldı. Məşqçilərin qarşısına qoyulan vəzifələrdən biri də akademiyamızın yetirmələrini daha yuxarı səviyyəyə çatdırmaqdı. Bu siyasətimiz premyer-liqada da davam edəcək.

- Növbəti mövsüm üçün AFFA-nın verdiyi qərarlardan biri də legioner limitinin ləğvi ilə bağlı oldu. Bu qərar komandanın formalaşmasına necə təsir göstərəcək? Legioner futbolçuların transferi gözlənilir?
- Əlbəttə, müasir futbolu legionersiz təsəvvür etmək çətindi. Bu baxımdan imkanlarımız daxilində daha potensiallı və uzun müddət xidmətlərindən yararlana biləcəyimiz futbolçuların transferi də qaçılmazdı. Yenə də bu istiqamətdə fəaliyyətimiz davam edəcək və keyfiyyətli əcnəbiləri cəlb etməyə çalışacağıq.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

4-04-2025, 18:0

“Qəbələ” premyer-liqaya vəsiqə qazandı

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

Fariz Nəcəfov “Qəbələ”nin layiq olduğu yeri tutacağına inanır

1-ci liqa / Manşet

20-05-2024, 18:0

“Qəbələ”nin birinci liqada olması rəqabəti daha da artıracaq” - Elman Sultanov

Ölkə futbolu / Video

28-11-2022, 14:0

"Qarabağ" Ağdamda oyunlara çıxarkən mən "Qəbələ"də qalsam, möhtəşəm hiss olacaq"

Premyer-liqa / Manşet

5-09-2023, 21:0

PFL rəsmisi “Qəbələ”nin prezidentinə cavab verdi: “Qrafikin sıxlığı ilə razılaşırıq, amma...”

Ölkə kuboku / Manşet

3-06-2023, 23:0

"Komandanın əsas sütununu qorumağa çalışacağıq" - Fariz Nəcəfov

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə