“Sabah” ölkə kubokunda 40-cı qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, yubiley topuna Pavol Şafranko imza atıb. O, yarımfinalın “Neftçi” ilə ilk oyununda komandasının 2-ci qolunun müəllifi olub. Paytaxt təmsilçisi 40-ci topu 21-ci matçında vurub. Bunlardan 18-i evdə, 22-si səfərdə qeydə alınıb. 2:1 hesabı ilə qalib gələn “Sabah” 11-ci səfərində 5-ci qələbəsini də qazanıb.
Qeyd edək ki, Bakı klubu ilk kubok görüşünə 2017/18 mövsümündə çıxıb.