“Barselona”nın daha bir futbolçusu sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, La Liqanın 27-ci turunun “Osusuna” ilə təxirə salınan matçında (3:0) zədələnən Dani Olmonun durumu açıqlanıb.
Klubun rəsmi saytının yaydığı xəbərə grə, sağ ayağının azələsindən zədə alan ispaniyalı yarımmüdafiəçi 3 həftə meydana çıxa bilməyəcək. Qollardan birini vuran Olmo matçın 28-ci dəqiqəsində zədələnərək oyunu tərk edib.
26 yaşlı futbolçu bu mövsüm “Barselona”da 28 oyuna çıxıb və 8 qol vurub.