Canliuci Donnarummanın yayda PSJ-ni tərk etmək ehtimalı qalır.
İtaliyalı futbolçunun yenidən vətənində çıxış etmək şansı var. Maraqlıdı ki, onun adı “İnter”lə birgə hallanır. “Corriere della Sera” qəzetinin yazdığına görə, qapıçının sabiq məşqçisi Canluka Spinelli indi “İnter”də işləyir.
Donnarumma “Milan”ın yetirməsidi. Onun PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
İtaliyalı qapıçı bu mövsüm meydana çıxdığı 31 oyunda 9 top buraxıb.