Şahruddin millinin heyətindən çıxarıldı

25.03.2025 11:00 17
Ölkə futbolu
Millimizin heyətində dəyişiklik baş verib.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.

Qeyd edək ki, milli komandamız bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21.45-də başlayacaq.