FİFA qadın futbolçulardan ibarət yığmaların reytinqini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Yeni reytinqə əsasən, millimizin mövqeyi dəyişməyib. Millimiz 3,81 xal itirsə də, 1308,45 xalla 75-ci pillədədi. Yığmamızın ən yaxın təqibçisi Trinidad və Tobaqodu (1294,31 xal), bir pillə yuxarıda isə İordaniya millisi (1319,13 xal) qərarlaşıb.
Qeyd edək ki, reytinqin ilk onluğunda növbəti yığmalar yer alıb: ABŞ (2069,06 xal), İspaniya (2020,6), Almaniya (2014,73), İngiltərə (2008,98), Yaponiya (2001,9), İsveç (1992,25), Kanada (1986,46), Braziliya (1977,39), Şimali Koreya (1944, 23) və Niderland (1931, 78)
Millimiz FİFA reytinqində neçənci yerdədi?
Ölkə futbolu





