Ayan liderliyi ələ keçirdi

9.06.2024 00:00 274
İdman
Hindistanda gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilir.

Ölkəmizi yarışda üç şahmatçı təmsil edir: Ayan Allahverdiyeva, Nərmin Abdinova və Səbinə Rzalı. Nərmin 5-ci turda yerli şahmatçıya uduzub. Ayan isə qalib gələrək xalını 4,5-ə çatdırıb və lider olub. Nərmin 4 xalla 9-cu yerdədi, Səbinənin isə 3 xalı var.

İsveçrə sistemi üzrə keçirilən, 11 turdan ibarət turnirdə 102 şahmatçı iştirak edir.