Futzal üzrə Azərbaycan kubokunda yarımfinal matçları keçirilib. İlk oyunda futzal üzrə yüksək liqa komandaları “Araz Naxçıvan” və “Neftçi” İK qarşılaşıb.
"Football-plus.az" xəbər verir ki, bu qarşılaşmada 5-3 hesabıyla üstün olan “Araz Naxçıvan” finala vəsiqə qazanıb. Sürpriz nəticə isə digər oyunda qeydə alınıb.
Futzal üzrə 1-ci Liqada çıxış edən Peşəkar Futbol Liqasının komandası 19 yaşlılardan ibarət millimizlə üz-üzə gəlib. Hal-hazırda 1-ci Liqanın lideri olan PFL uğurlu oyunlarına ölkə kubokunda da davam edib. Gənclər yığmamız üzərində 4:0 hesablı qələbə PFL-i finala daşıyıb. Beləliklə, finalda PFL və “Araz-Naxçıvan” qarşılaşacaq.
Xatırladaq ki, Peşəkar Futbol Liqasının futzal komandasının baş məşqçisi PFL prezidenti Elxan Səmədovdu. 2023-cü il dekabrın 16-da Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan “Qarabağ” – MOİK matçının təşkilati işləri əlaqədar Xankəndi şəhərinə səfər edərkən Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində PFL-in rəhbər heyətinin yer aldığı avtomobil qəzaya uğramışdı. Bu qəzaya qədər Səmədov PFL-in komandasında oynayan məşqçi funksiyasını daşıyırdı. Hal-hazırda onu oyunlar zamanı Yaşar Qasımov əvəzləyir.
Elxan Səmədov komandasının finala çıxması ilə bağlı təəssüratlarını bölüşüb:





