AFFA “Kəpəz”i cərimələyib.
“Football-plus.az” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna Gəncə klubunun Misli premyer-liqasının 22-ci turunda “Araz-Naxçıvan”la matçda 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub. Nəticədə klub 700 manat cərimələnib.