"Sumqayıt" iki futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, bunlar Kristian Velinovski və Nikola Vuynoviçdi. Hər iki oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Kristiayn Velinovski 2023-cü ilin sentyabrından “Sumqayıt”da çıxış edirdi. O, bu mövsüm cəmi 2 oyunda meydana çıxmışdı. Vuynoviç isə ötən ilin iyul ayından "Sumqayıt"da oynayırdı. O, bu mövsüm 16 oyuna çıxıb və 2 qol vurub.