"Sumqayıt" qapıçısı Orxan Sadıqlı ilə yolları ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Orxan Sadıqlı ötən ilin yayından "Sumqayıt"da çıxış edirdi.
"Sumqayıt" qapıçısı ilə müqaviləni ləğv etdi
Ölkə futbolu





