• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hələ də o güc və enerjini özümdə hiss edirəm” - Mirabdulla Abbasov hansı suala cavab vermək istəmədi?

Aktual / Müsahibə

26-01-2025, 13:0

“Səbail” qış fasiləsində maraqlı transferlərlə diqqət mərkəzindədi.

"Dənizçilər” heç kimin ağlına gəlməyən, hətta unudulmuş futbolçunu heyətinə cəlb etdi. Azərbaycan futbolunun tarixində imzası olan Mirabdulla Abbasov “Səbail”ə qayıtdı. Addım-addım böyük futboldan uzaqlaşmışdı, indi qaldığı yerdən başlayacaq. 2018-də ilin futbolçusu seçilən birinə yenidən özünüsübut şansı yaratdığına görə “Səbail”i qınayanlar da var, dəstəkləyənlər də. Onunla söhbətdə bəzi suallara aydınlıq gətirməyə çalışdıq.

 - “Səbail”ə transferin hamı üçün gözlənilməz oldu. Necə oldu ki, yenidən premyer-liqaya və məhz “Səbail”ə qayıtdın?
 - Təklif gəldi, həm məşqçi heyəti, həm də klub rəhbərliyi mənə şans vermək qərarına gəldi. Əlimdən gələni edirəm ki, tez bir zamanda optimal formamı bərpa edim, bu etimadı doğruldum. 

- Deyilənə görə, Cavid Hüseynov özü şəxsən səni səracamında görmək istəyib. Bu çağırış böyük futbolda yenidən imzanı atmağın üçün yaxşı şans ola bilərmi? 
- Rəhbərlik və məşqçi heyətinin ortaq qərarı oldu. Komandaya qoşulduğum ilk gündə həm baş məşqçi, həm də rəhbərlik ilə söhbətimiz oldu. Mənə inandıqlarını, formamı bərpa edib komandaya xeyir verəcəyimə əminliklərini söylədilər. Buna görə onlara çox minnətdaram. Bir qədər əvvəl də bildirdiyim kimi etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəmirəm.

 - Ötən mövsüm “İrəvan”da mübarizə apardın, məlum səbəbdən uzun müddət futboldan uzaq düşdün. Bu müddətdə təkliflər olmadı, yoxsa gözlədin ki, məhz elita klubundan təklif alasan?
 - Birinci liqa təmsilçilərinin bəzilərindən təkliflər olmuşdu. Ancaq elitadan təklif gözləməyi üstün tutdum. 

- Bəlkə karyeranı bitirmək daha yaxşı olardı? 
- Futbolu bitirmək üçün hələ yetərincə cavanam. Ona görə də bu haqda düşünmədim. Premyer-liqadan təklif gəlməsəydi, bəlkə də ola bilərdi. Karyeram çətin mərhələlərdən keçib. Özümə inanıram, hələ də o güc və enerjini özümdə hiss edirəm. 

- Mirabdulla Abbasovun karyerasının qırılma nöqtəsi hansı dövr oldu? 
- Hər şey gözlənilməz oldu. Samir Abasovun dövründə əvəzedici heyətə göndərilsəm də, bu, sırf rəhbərlik tərəfindən verilmiş qərar idi. Çünki həmin vaxt komandada üç hücumçu var idi deyə, məni artıq görürdülər. Amma mən “Neftçi”də olduğum dövrdə hansısa oyundan sonra mətbuat konfransında mənim haqqımda Samir Abasova sual verilmişdi. Samir müəllim də artıq məni sildiyini bildirmişdi. Onu xatırlayıram. Sonra zədə aldım və uzun müddət futboldan uzaq düşdüm. 

 - “Neftçi”də parladın, “Futbol+”in ümummilli sorğusunda 2018-ci ilin ən yaxşı futbolçusu seçildin. Bəs hansı məqamda səhv qərar verdin - “Səbail”ə keçəndəmi? 
- “Neftçi”də, demək olar ki, həmin mövsümün (2018/19 – red.) ikinci yarısında heç oyun vaxtı almırdım. Mən ilin futbolçusu seçiləndən sonra “Neftçi”yə italiyalı Canluici Sansoneni gətirdilər. Ondan sonra cəmi bir-iki oyunda meydana çıxdım. Təbii ki, bu, təsirini göstərdi. Futbolçu ancaq məşq edir və oynamırsa, istər-istəməz performansı aşağı düşür. İkincisi, sən formada olduğun və qolları sıraladığın bir vaxtda o qədər də yaxşı oynamayan legioner gətirirlərsə və ona daha çox şans verirlərsə, təbii ki, həvəsdən düşürsən. Bundan sonra “Səbail”ə keçdim. Düşünmürəm k, səhv seçim idi. “Səbail”dəki çıxışım heç də pis alınmamışdı. O dönəmdə, sadəcə, zədələndim və uzun müddət oynaya bilmədim. Qış fasiləsinə qədər.

 - Karyeranın yaxşı dövrlərində oyun praktikasından əziyyət çəkdiyini deyirsən. Xaricdən təklifin olmadı, yoxsa, ümumiyyətlə legioner həyatı yaşamaq istəmədin?
 - Oyun statistikası olmayanda xaricdən təklif almaq real şey deyil. Deyim ki, təklif vardı, getmədim - bu da düzgün olmaz. Yalnız Azərbaycanın aşağı liqa təmsilçilərindən dəvətlər var idi, ora da getmək istəmədim. 

- Ümumiyyətlə, “gözdən itəndən” sonra hansısa məşqçi və ya futbol adamı səni yenidən böyük futbola qaytarmağa cəhd etdimi? 
- Bu suala, ümumiyyətlə, cavab vermək istəmirəm. 

- Millidən dəvət almamağın da kölgədə qalmağında rol oynadımı? 
- Deməzdim. Milliyə dəvət almamağım normal hal idi. Çünki klubda oyun vaxtı qazanmırdım.

 - Səni illər sonra premyer-liqada görəcəyik. Hədəfin nədi, yenidən “mən də varam” deyə biləcəksənmi? 
- Buna inanmasam, yenidən futbola qayıtmazdım. Hədəfim komandama bu çətin vəziyyətdən çıxmaqda əlimdən gələni əsirgəmədən kömək etməkdi. 

- “Səbail” hazırda premyer-liqanı tərk etməyə iki namizəddən biridi. Yenidən birinci liqaya qayıtmaq riskini gözə almısan, yoxsa özünü yaxşı tərəfdən göstərib elita klublarına keçmək niyyətindəsən?
 - Komandanın elitada qalacağına inanıram. Qarşıda bunun üçün çox oyun var. Mənim üçün ən önəmli olan da budu. Ona görə də bir hücumçu kimi üzərimə düşəni edəcəm, qollarımı vurmağa çalışacam. 

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

7-01-2025, 12:0

Mirabdulla Abbasov "Səbail"də

Premyer-liqa

7-06-2023, 20:0

Mirabdulla Abbasov "Səbail"dən ayrıldı

Aktual / Ölkə futbolu

10-06-2024, 12:0

“Şamaxı”dan da təklif gəldi, amma seçimim “Səbail” oldu” – Vüsal Məsimov

Ölkə futbolu / Manşet

4-07-2024, 09:0

8 ildən sonra “Səbail”dən ayrıldı – yenə büdcə?

Ölkə futbolu

7-01-2025, 17:0

“Səbail” Ruanda millisinin üzvünü transfer etdi

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə